• USD 1,7000 0,00% EUR 1,9906 +0,01%
    • GBP 2,2728 +0,01% RUB 0,0276 -0,36%

Azərbaycandan torpaq “qoparan” kanala “Misak-ı Milli” CAVABI – VİDEO

  • Dünya
  • 28 Sentyabr 2017 16:57
  • 1 970 Baxış
Azərbaycandan torpaq “qoparan” kanala “Misak-ı Milli” CAVABI – VİDEO

Türkiyəli məşhur menecer Seyhan Soylu özünün qurduğu “Osmanlı TV” televiziya kanalında hava proqramını təqdim edib.

Publika.az xəbər verir ki, onun təqdim etdiyi xəritə isə tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Seyhan Soylu hava proqramını “Masak-ı Milli” sərhəd ilə təqdim edib və Kərkük, Mosul, Süleymaniyyə, Varna və Selaniki Türkiyə sərhədləri içində göstərib.

Onun bu hərəkəti həm də Şimali İraq kürd muxtariyyətində fəaliyyət göstərən “Rudav” telekanalına cavab olub. Kanal son dövrlər dəfələrlə hava haqqında xəbər verərkən “Böyük Kürdüstan”ın xəritəsini təqdim edib. Xəritəyə Türkiyə və İraq torpaqları ilə yanaşı, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisinin bir hissəsi də daxil edilib.

Bir neçə gün isə Türkiyə Radio və Televiziya Ali Şurası Şimali İraq kürd muxtariyyətə yaxın olan “Rudav” telekanalının yayımını “Türksat”dan çıxarıb.

Xatırladaq ki, “Misak-ı Milli” (Milli And) bəyannaməsi 28 yanvar 1920-ci ildə Osmanlı dövlətinin son parlament iclasında qəbul edilib. “Misak-ı Milli” sərhədlərinə Türkiyənin mövcud sərhədləri ilə yanaşı Suriyanın Hələb və şimalındakı ərazilər, Şimali İraqın Mosul, Kərkük, Ərbil şəhərləri və ətraf əraziləri, Kipr adası, Yunanıstanın Egey dənizindəki adaları və Qərbi Trakya daxildir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2016-cı ilin oktyabrında yeni təhlükəsizlik strategiyanı açıqlayıb. Ərdoğan Türkiyənin artıq təhdid ünsürlərinin hücum etməsini gözləməyəcəyini, lazım olarsa, sərhəd xaricində əməliyyatlar keçirəcəyini bildirib. O, 1923-cü il siyasətinin aktuallığını itirdiyini söyləyib.

“'Biz 20 milyon kvadrat kilometrdən 780 min kvadrat kilometrə gəldik. 2016-cı ildə 1923-cü il psixologiyası ilə hərəkət edə bilmərik. 1923-cü ildən bəri mövcud sərhədləri qorumaq üzrə bir anlayış vardır. Bu səhv anlayışdır. Təəssüf ki, həm qərb, həm də cənub sərhədlərimizdə “Misak-ı Milli” hədəflərimizi qoruya bilmədik. Dövrün şərtləri etibarı ilə bu vəziyyətlə razılaşanlar ola bilər. Bu yanaşma ilə bir yerə qədər razılaşmaq mümkündür. Əsl dəhşətlisi, zərurətdən qaynaqlanan bu vəziyyəti qəbul edərək özümüzü tamamilə həbs etmə anlayışımızdır”, - Türkiyə prezidenti qeyd edib.


Ömər

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>