Türkiyə və Rusiya prezidentləri arasında görüş başa çatdı - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Türkiyə və Rusiya prezidentləri arasında görüş başa çatdı - YENİLƏNDİ

"Türkiyə Suriya münaqişəsinin nizamlanması ilə məşğul olan Astana prosesindən razıdır".

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan qeyd edib ki, prezidentlər görüş zamanı Astana prosesi, Suriya münaqişəsi, de-eskalasiya zonaları və etimadın gücləndirilməsi istiqamətində atılan səylər üzərində diqqəti cəmləşdirmək barədə danışıblar. O, həmçinin Şimali İraqda kürd muxtariyyətinin keçirdiyi referendumdan sonra birgə səylərin vacibliyini vurğulayıb.
“Kürd muxtariyyəti referendum keçirib. Bu, bölgədə böhrana yol açıb. Referendum qanunsuzdur. Muxtariyyət səhv edib. Biz daha böyük fəsadlara yol aça biləcək addımların qarşısını almalıyıq”, - deyə Ərdoğan qeyd edib.
Rusiya Prezidenti Vladimir Putin isə Suriya ilə bağlı əldə olunan razılaşmaları ümumi uğur adlandırıb.
“Bu razılıqlar ümumi uğurumuzdur. Bizim dostumuz Ərdoğanın uğurudur. Çünki o, bunun təşəbbüskarlarından biridir. Vətəndaş müharibəsi dayandırılıb. Dörd de-eskalasiya zonasının yaradılmasına dair hazırlıq təsdiqlənib. Görülən iş nə Suriya, nə də ki, münaqişənin həll oluması ilə bağlı qarant ölkələr üçün asan idi”, - deyə Rusiya Prezidenti qeyd edib.
Bir neçə gün əvvəl İraqda keçirilən referendum məsələsinə toxunan V. Putin ölkəsinin mövqeyinin prinsipial olduğunu və İraqın ərazi bütövlüyünün toxunulmaz olduğunu vurğulayıb. Putinin sözlərinə görə, hər iki ölkə bundan sonra da həm XİN, həm də hərbi qurumların xətti ilə koordinasiyanı davam etdirməlidir.
Rusiya prezidenti iki ölkə arasında ticarət dövriyyəsinin artığını da vurğulayıb: “Yarım il ərzində ticarət dövriyyəmiz 31,5 faiz artıb. Türkiyədə istirahət edən rusiyalı turistlərin sayı 11 dəfə artıb və 2,5 milyon nəfər təşkil edib”.

Dövlət başçıları görüşdə həmçinin kənd təsərrüfatı məsələlərini də, o cümlədən Türkiyədən Rusiyaya pomidor ixracını da müzakirə ediblər. Bununla bağlı isə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, müvafiq nazirliklərin nümayəndələri daim təmasdadır və məsələ yaxın vaxtlarda öz həllini tapacaq. (report)

***

Türkiyənin paytaxtı Amkarada Rusiya və Türkiyə prezidentləri, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başa çatıb.

Publika.az xəbər verir ki, hazırda danışıqlar geniş tərkibli heyətlə davam edir.

Hər iki prezidentin Suriya münaqişəsi barədə müzakirələr apardığı bildirilir.

***

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri başlanıb.

Publika.az Türkiyə KİV-inə istinadən Ankarada Prezident Sarayında Türkiyə prezidenti Pəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında görüş keçiriləcək.

Görüşlərdə bir sıra ikitərəfli və beynəlxalq məsələlər müzakirə olunacaq.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm