Kəşfiyyat ordunun sirlərini düşmənə verən 2 AGENTİ YAXALADI - VİDEO
Bizi izləyin

Dünya

Kəşfiyyat ordunun sirlərini düşmənə verən 2 AGENTİ YAXALADI - VİDEO

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Simferopolda Ukraynaya işləyən iki rusiyalını saxlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda FTX-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, rusiyalılar Ukrayna xüsusi xidmət orqanlarına Rusiyanın Qara dəniz donanmasının fəaliyyəti haqqında informasiya verirdilər.

“Simferepolda Federal Təhlükəsizlik Xidməti tərəfindən Rusya vətəndaşları Dmitri Dolqopolov və Anna Suxonosova saxlanılıb”, - xəbərdə deyilir.

Saxlanılan kişi hərbi qulluqçudur, onun xidmət etdiyi hərbi bölmə Krımda yerləşəir. O dindirmə zamanı məxfi məlumatları Ukrayna kəşfiyyatına verdiyini etiraf edib.

“Dövlət xəyanət” maddəsi üzrə cinayət işi qaldırılıb. Günahkarı 20 il həbs cəzası gözləyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm