Kannda kişi ilə öpüşən iranlı aktrisa şallaqlanacaq
Bizi izləyin

Dünya

Kannda kişi ilə öpüşən iranlı aktrisa şallaqlanacaq

İranlı aktrisanın 67-ci Kann film festivalının sədrini öpməsi ölkəsində böyük reaksiya doğurub.

"Qızıl palma budağı" mükafatının 5 qadın üzvündən biri olan məşhur aktrisa Leyla Hatəminin açılış mərasimində festival sədrini öpməsi İran mədəniyyəti naziri tərəfindən sərt tənqid edilmişdi.

"Hizbullah tələbələri" adlı bir qrup İran prokurorluğuna şikayət edərək L.Hatəminin festival sədri 83 yaşlı Gilles Jakobu öpməsi ilə islami qanunları tapdaladığını bildiriblər.

Onlar aktrisanın etdiyi bu hərəkətə görə cəmiyyət qarşısında qamçılanması cəzasını tələb ediblər. Müraciətdə həmçinin cəmiyyət içində qadının xarici bir vətəndaşı öpməyinin islami cəza qanununa əsasən həbslə cəzalandırılması lazım olduğuna da toxunulub.

İrandan gələn reaksiyaları görən Jakob da açıqlamasında pis niyətinin olmadığını, sadəcə salamladığını bildirib.
Qeyd edək ki, məşhur rejissor Əli Hatəminin qızı Leyla Hatəmi 2012-ci ildə "Ən yaxşı xarici film" nominasiyası üzrə "Oskar" mükafatını qazanan "Ayrılıq" filmindəki rolu ilə tanınıb (ANS).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm