Vaşinqtondan Ankaraya neft xəbərdarlığı
Bizi izləyin

Dünya

Vaşinqtondan Ankaraya neft xəbərdarlığı

Vaşinqtondan Ankaraya neft xəbərdarlığı

Şimali İraq neftini ərazisi ilə dünya bazarına çıxarmağa başlayan Türkiyəyə ABŞ-dan xəbərdarlıq gəlib.

Publika.az - ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Marie Harf İraqda tərəflər arasında razılaşma əldə olunmadan neft ixracına başlanmasının düzgün addım olmadığını söyləyib.

“Razılaşma əldə olunmadan kimsə hər hansı bir addım atmamalıdır. Amma biz müəyyən addımların atıldığını görürük və bunu dəstəkləmirik. Bu mövzuda mövqeyimiz açıqdır”, – Harf bildirib.

Qeyd edək ki, Türkiyənin Şimali İraq kürd muxtariyyəti ilə enerji sahəsində razılaşmaları rəsmi Bağdadı hiddətləndirib. Mərkəzi İraq hökuməti bu qənaətdədir ki, ölkənin neft və qaz sərvətləri barədə qərarlar yalnız paytaxtda qəbul edilə bilər. İraq bu narazılığını Vaşinqtona da bildirib.

Ölkə konstitusiyasına görə, İraq Kürdüstanı regionunun karbohidrogen sərvərtlərindəki payı 17 faizdən çox ola bilməz. Kürdlər isə bildirirlər ki, onların regional hökumətinin enerji siyasətindən bütün İraq xeyir görəcək, lakin Bağdad kürdlərin sonunda müstəqillik əldə edəcəklərindən narahatdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm