• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Azərbaycanlılar qaynar su dolan avtobusdakıları belə xilas etdilər (VİDEO)

  • Dünya
  • 24 May 2014 10:39
  • 1 246 Baxış
Azərbaycanlılar qaynar su dolan avtobusdakıları belə xilas etdilər (VİDEO)

Rusiyanın Krasnoyarsk şəhərinin küçələrindən birində qaynar su fontanına düşən avtobusun videosu yayılıb. ANS PRESS-in məlumatına görə, hadisə qaynar su borusunun partlaması nəticəsində yaşanıb. Bu zaman borunun üzərində dayanan içi sərnişin dolu avtobusa qaynar su dolmağa başlayıb. Avtobusda olan sərnişinləri azərbaycanlı qardaşlar xilas ediblər. Avtobusda olan 15 sərnişindən 14-ü yaralanıb. Bu an baş verənlər anbaan kameranın yaddaşına köçürülüb. Qardaşlar sərnişinləri tez-tələsik avtobusdan düşürərək uzaqlaşdırmağa başlayıblar.


Qeyd edək ki, hadisə zamanı yaralanan avtobus sərnişinlərini azərbaycanlı Səbuhi və Tural Rəhimov qardaşları xilas edib. Səbuhinin bildirdiyinə görə, qəza baş verəndən sonra pəncərəni sınıraraq çölə çıxıb və qardaşı ilə birlikdə sərnişinləri avtobusdan çıxarmağa çalışıblar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR