Macarıstan səfirinin Bakıda qəribə rəqsi – VİDEO
Bizi izləyin

Dünya

Macarıstan səfirinin Bakıda qəribə rəqsi – VİDEO

Mayın 23-də Bakıda Gənc Tamaşaçılar Teatrında “Macarıstanın Mədəniyyət Günləri” keçirilib. Tədbirdə Azərbaycanda yaşayan macarlar, Azərbaycana gələn macar biznesmenlər, Macarıstanın ölkəmizdəki səfirliyinin əməkdaşları, Azərbaycanın ictimai xadimləri iştirak ediblər.

Tədbirə təşrif buyuran qonaqların diqqətinə Macarıstanın turizm imkanları barədə məlumatlar çatdırılıb, macar xalqının əl işləri nümayiş olunub. Qonaqlara həmçinin Macarıstanda istehsal olunan kolbasa, pendir, çaxırların dadına baxmaq, o cümlədən bu ölkənin tarixi və mədəniyyətini əks etdirən suvenirlər almaq imkanı yaradılıb.


Daha sonra tədbirin bədii hissəsi başlayıb. Musiqiçi və rəqqaslar macar xalqının bədii nümunələrini təqdim ediblər və tamaşaçıların gurultu alqışlarına səbəb olublar.

Lakin gecənin əsl qəhrəmanı Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora olub. Qonaqları `arşılayan səfir bildirib ki, 30 il və 30 kilo əvvəl o da Bakıya təşrif buyuran gənc rəqqaslar kimi rəqs edə bilirdi, lakin indi yaşı çox olduğuna görə çox rəqs edə bilmir. Bununla belə, pencəyini çıxardaraq musiqiçilərdən Macarıstan xalq mahnısını ifa etməyi xahiş edib və qonaqlara əsl “master-klass” göstərib. Tamaşaçıların alqışlarına görə diplomat uzun müddət səhnəni tərk etməyib. (azvision.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm