• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Millət vəkili qalmaqallı tvit atan qardaşına görə açıqlama verdi

  • Dünya
  • 24 May 2014 13:09
  • 492 Baxış
Millət vəkili qalmaqallı tvit atan qardaşına görə açıqlama verdi

Binəli Yıldırımın qardaşı İlhami Yıldırım haqqında araşdırma başladılıb.

Dünən Türkiyənin keçmiş Rabitə və Nəqliyyat naziri Binəli Yıldırımın kiçik qardaşı, Türk Qızılay İstanbul şöbəsinin sədri İlhami Yıldırımın İstanbuldakı etiraz aksiyası ilə əlaqədar çox təhqiredici tvitlər atması haqda xəbər vermişdik. Məhz bu tvitlərdən sonra Türkiyə Qızılay Dərnəyi Yıldırım haqqında araşdırmaya başladıb.

Eks-nazirdən qardaşına reaksiya

Keçmiş Rabitə və Nəqliyyat naziri, hal-hazırda AKP-nin İzmir millət vəkili Binəli Yıldırım qardaşının yazdıqlarından dolayı reaksiyalar gəldiyi üçün açıqlama vermək məcburiyyətində qalıb. Binəli bunları deyib:

“Sosial şəbəkələrdə yazılan mesajlar mənim tərəfimdən əsla qəbul edilə bilməz. Biz həmişə 77 milyonun birliyini və qardaşlığını müdafiə etdik. Türkiyədə yaşayan hər kəsin birlik və bərabərliyini müdafiə etmək hamımızın vətəndaşlıq vəzifəsidir. Buna görə dünən (sırağagün –red) ölənlərə Allahdan rəhmət, ailələrinə isə səbir və mətanət diləyirəm”.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR