“Şilləvuran” müşavir vəzifəsindən uzaqlaşdırıldı
Bizi izləyin

Dünya

“Şilləvuran” müşavir vəzifəsindən uzaqlaşdırıldı

Türkiyədəki mədən faciəsindən sonra bir vətəndaşı təpikləyən Baş nazir müşaviri vəzifəsindən uzaqlaşdırılıb.

Publika.az xəbər verir ki, Türkiyə Baş naziri R.T.Ərdoğanın müşaviri Yusif Yerkəlin 3 gün öncə Baş nazir müşaviri vəzifəsindən uzaqlaşdırıldığı məlum olub. Məlumata görə Yerkel başqa bir vəzifəyə gətiriləcək. O, 2011-ci il seçkisindən əvvəl bu vəzifəyə gətirilib və təxminən üç il vəzifəsini icra edib.

Xatırladaq ki, Somadakı mədən faciəsi ilə əlaqədar hadisə yerinə gedən Baş nazir R.T.Ərdoğan etirazla qaşılanmış və çarəni marketə sığınmaqda görmüşdü. Bu hadisə zamanı müşaviri Yüsif Yerkəl əsəbləşərək Ərdoğanı protesto edən bir mədənçinin qohumunu təpikləyib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm