Kann kinofestivalında türk qalib gəldi
Bizi izləyin

Dünya

Kann kinofestivalında türk qalib gəldi

Fransanın Kann şəhərində keçirilən 67-ci beynəlxalq kinofestivalın qalibi türk kinorejissor Nuri Bilge Ceylanın "Kış uykusu" filmi olub.

Fransanın Kann şəhərində keçirilən 67-ci beynəlxalq kinofestivalın qalibi türk kinorejissor Nuri Bilge Ceylanın "Kış uykusu" filmi olub.

Filam qoca aktyor, onun arvadı və bacısından bəhs edir.

Kinorejissorun dediyinə görə, çəkilişlərə onu rus yazıçı Anton Çexovun pyesləri ruhlandırıb.
"Kış uykusu" Kann kinofestivalının ən uzun filmidir. Lentin sürəyi 3 saat 16 dəqiqədir.

Ceylan Kann kinofestivalında qalib gəlmişh üçüncü türk kinorejissordur. 1982-ci ildə rejissorlar Şeref Gören və Yılman Güneyin "Yol" filmi kinofestivalın "Qızıl palma budağı"na layiq görülmüşdü.

Rus kinorejissor Andrey Zvyaginstevin "Leviafan" filmi "Ən yaxşı ssenari" nominasiyasında qalib gəlib.
Qran-Pri mükafatı italyan Aliçe Rorvaherin "Möcüzələr" filminə verilib.

"Qızıl Kamera" mükafatı isə "Party girl" filminə çatıb.

"Tülkü ovu"nun rejissoru, amerikalı Benett Miller "Ən yaxşı kinorejissor", Culianna Mur "Ulduz xəritəsi"ndəki roluna görə "Ən yaxşı aktrisa", Timoti Spoll isə "Mister Törner" filmindəki oyununa görə "Ən yaxşı aktyor" nominasiyasının qalibi seçiliblər. /Milli.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm