• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Bu gün Ukraynada prezident seçkiləri keçirilir

  • Dünya
  • 25 May 2014 09:27
  • 387 Baxış
Bu gün Ukraynada prezident seçkiləri keçirilir

Bu gün Ukraynada növbədənkənar prezident seçkiləri keçiriləcək.

Ölkənin baş naziri Arseniy Yatsenyuk ötən gün çıxışında bildirib ki, Ukraynada mütləq qanuni yolla seçilmiş prezident olacaq və o, ilk səfərini Avropa Birliyinin paytaxtına edərək, nəhayət AB ilə azad ticarət zonası haqqında müqaviləni imzalayacaq.

Ukrayna prezidenti postu uğurunda 21 nəfər mübarizə aparır. Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib ki, ölkənin mərkəzi seçki komissiyasında olan səsləri sayma proqramına hakerlər hüçum ediblər və onu sındırıblar. Onun sözlərinə görə proqramı yenidən işə salmaq vaxt aparcağı üçün səslər əl ilə hesablanacaq. Nazir qeyd edib ki, belə olduğu təqdirdə səslər daha etibarlı hesablanacaq.

Ukrayna MSK-nın məlumatına görə, seçicilərin sayı təxminən 35,5 mln təşkil edir, onlar ölkə üzrə 33,6 min seçki məntəqəsində səsvermə hüququndan yararlana biləcəklər.

Seçkilər zamanı asayişi 65 min milis işçisi, 15 min FHN əməkdaşı və 17 min könüllü, Milli Qvardiya əsgərləri və hərbi məktəblərin kursantları qoruyacaq.

Qeyd edək ki, seçkiləri ümumilikdə 3607 müşahidəçi izləyəcək. /ans/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR