Məhbusların 44 faizi narkotik cinayətlərinə görə caza çəkir
Bizi izləyin

Dünya

Məhbusların 44 faizi narkotik cinayətlərinə görə caza çəkir

İran həbsxanalarında cəza çəkən məhbusların 44 faizi narkotiklərlə bağlı cinayətlərdə təqsirli bilinir. Bunu İranın daxili işlər naziri Əbdürrza Rəhmani-Fəzli ötən axşam Kürdistan əyalətində Narkotiklərlə mübarizə Şurasının iclasında çıxışı zamanı deyib.

Ə. Rəhmani-Fəzli deyib ki, hazırda rəsmi statistikaya görə, ölkədə 1.5 milyon nəfər narkotik istifadəçisi var, lakin qeyri rəsmi statistika bu rəqəmin 3 milyon nəfərdən çox olduğunu göstərir.

Qeyd edək ki, İran KİV-lərinin məlumatına görə, ölkədə narkotik maddələrin, xüsusilədə daha təhlükəli narkotik vasitələrin istifadəsi artıb. İranın şərq sərhədlərində, xüsusilə Əfqanıstanın işğalından sonra narkotik istehsalı iki-üç dəfə artıb. Bəzi qeyri rəsmi statistikalara görə İranda narkotik istifadəçilərin sayı 7 milyon nəfər təşkil edir.

İranın daxili KİV-lərinin məlumatına əsasən, hazırda ölkə həbsxanalarında saxlanılan şəxslərin 50 faizi narkotik maddələrin istifadəsi və qaçaqmalçılığında ittiham olunaraq saxlanılır. Bu rəqəm İranın bəzi əyalətlərində 65 faiz təşkil edir. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm