• USD 1,7001 0,00% EUR 2,0032 0,00%
    • GBP 2,2846 0,00% RUB 0,0289 0,00%

"Ağ dul qadın" ləqəbli britaniyalı terrorçunun ölüm xəbəri təsdiqləndi

  • Dünya
  • 12 Oktyabr 2017 09:36
  • 269 Baxış
"Ağ dul qadın" ləqəbli britaniyalı terrorçunun ölüm xəbəri təsdiqləndi

Amerika pilotsuz təyyarəsi Suriyada "Ağ dul qadın" ləqəbi ilə məşhur olan Salli Cons adlı 50 yaşlı Britaniya terrorçusunu məhv edib.

Publika.az bildirir ki, İŞİD-in ən təhlükəli yaraqlısı, əvvəl musiqiçi olmuş Salli İslam dinini qəbul edərək İŞİD-ə qoşulub və bu ilin iyununda İraqla sərhəd yaxınlığında həlak olub.

Lakin bu dəqiq deyildi. “The Times”ın məlumatına görə, Britaniya terrorçusunun həlak olması haqda xəbəri dünən Britaniya xüsusi xidmət orqanlarına amerikalı həmkarları təsdiqləyiblər. Həmçinin qeyd edilir ki, onunla birgə 12 yaşlı oğlu da həlak olub.

"Ağ dul qadın" mühasirəyə alınmış Rakka şəhərindən qaçmağa cəhd edərkən amerika pilotsuz təyyarəsinin aviazərbəsinə tuş gəlib. Qəzet vurğulayır ki, Britaniya kəşfiyyat xidmətləri son illər boyunca təhlükəli qadını izləyirdi. Daha əvvəl onun əri də Suriyada öldürülmüşdü.

Zaur H.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>