• USD 1,7001 0,00% EUR 1,9997 -0,07%
    • GBP 2,2482 +0,19% RUB 0,0296 +0,34%

Suriyalı rejissor İstanbulda bıçaqlandı: Əsədə qarşı idi

  • Dünya
  • 12 Oktyabr 2017 11:24
  • 115 Baxış
Suriyalı rejissor İstanbulda bıçaqlandı: Əsədə qarşı idi

Suriyada Əsəd rejiminin həbs etdiyi müxalifətçilərlə bağlı film çəkmək üçün İstanbula gələn rejissor Məhəmməd Bəyazid silahlı hücuma məruz qalıb.

Publika.az xəbər verir ki, 30 yaşlı rejissor sinəsindən bıçaqlanıb.

O, 20 məhbusun həyatından bəhs edən “Tunel” adlı filmi üçün sponsor axtarışına çıxıb. Rejissora sponsorluqla bağlı İstanbuldan dəvət gəlib. Ancaq onu dəvət edənlər qonağı bıçaqlayaraq qaçıblar.

M.Bəyazid hazırda İstanbul Bağcılar Xəstəxanasında reanimasiyada yatır.

M.Bəyazid Orta Şərqdə, xüsusilə, müsəlman gənclərin dünyagörüşünü artırmaq üçün çəkdiyi sənədli fimlərilə məşhurdur. Rejissor həyat yoldaşı ilə birlikdə imza atdıqları işlərdə islamofobiya, narkotik bağlılığı və Fələstin problemi kimi önəmli məsələlərə diqqət çəkməyə çalışıb. Cütlük, eyni zamanda, Türkiyədən Avropaya keçərkən ailəsi ilə birlikdə həlak olan suriyalı Aylanın hekayəsini əks etdirən film də çəkib.

“The Bayazids” kimi tanınan cütlük ABŞ-da Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın qonağı olmuşdu.

Zümrüd

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>