Viza böhranı ilə əlaqədar Ankaradan AÇIQLAMA
Bizi izləyin

Dünya

Viza böhranı ilə əlaqədar Ankaradan AÇIQLAMA

Ankara və Vaşinqton viza böhranının həll edilməsi üçün birlikdə çalışacaq.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ bildirib.

Onun sözlərinə görə, iki ölkənin nümayəndə heyətləri qarşıdakı günlərdə görüşərək mövzunu müzakirə edəcəklər.

Qeyd edək ki, Türkiyə və ABŞ arasında qeyri-immiqrasiya vizalarının qarşılıqlı verilməsi prosesi tam dayanıb.

Tərəflər arasında diplomatik qalmaqal ötən həftə Türkiyədə ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun saxlanılmasından sonra baş verib. Rəsmi Ankara onu ötən il Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənlə əlaqədə şübhəli bilir. Lakin rəsmi Vaşinqton ittihamları qəbul etməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm