Moskva cavab addımları atacaq - Bayraq BÖHRANI - VİDEO
Bizi izləyin

Dünya

Moskva cavab addımları atacaq - Bayraq BÖHRANI - VİDEO

Rusiya diplomatik mülkiyyəti barəsində Vaşinqtonun hərəkətlərinə cavab veriləcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya diplomatik mülkiyyəti olan binaların üstündən Rusiya bayraqlarının götürülməsi Moskva tərəfindən təhqir kimi qiymətləndirilir.

“Artıq ABŞ-a qətiyyətli şəkildə etirazı bildirilib. Əlbəttə, bayraqların çıxarılmasına Rusiya tərəfi heç bir razılıq verməyib”, - o vurğulayıb.

Zaxarova qeyd edib ki, Vaşinqton Moskva ilə münasibətləri şüurlu şəkildə dağıdır.

“Mümkündür, bunu qəsdən edirlər. Məqsəd ABŞ-ın yeni səfirinin Rusiyada fəaliyyəti üçün əlverişsiz fonun yaradılması ola bilər”, - diplomat əlavə edib.

Xatırladaq ki, sentyabrın əvvəlində ABŞ Vaşinqton və Nyu-Yorkda Rusiyanın ticarət nümayəndəlikləri, San-Fransiskoda isə Baş konsulluğu bağlayıb. Daha sonra isə bu binaların üzərindən Rusiya bayraqları götürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm