• USD 1,7001 +0,01% EUR 1,9983 -0,15%
    • GBP 2,2653 -0,11% RUB 0,0287 -0,35%

ŞOK: Məktəblilərə qul olmağı təklif etdilər

  • Dünya
  • 12 Oktyabr 2017 20:39
  • 413 Baxış
ŞOK: Məktəblilərə qul olmağı təklif etdilər

ABŞ-ın Feniks (Arizona ştatı) şəhərində ibtidai məktəb 14 yaşlı qul haqqında “Flight to Freedom” kompüter oyununu hazırlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, oyun məktəblilərin təlimi üçün yaradılıb.

Kompüter oyununun layihəsinin təsvirində deyilir ki, “Flight to Freedom” ABŞ tarixinin müxtəlif dövrlərinə aid macəraların yer aldığı multimedia layihəsidir. Layihədə həmçinin 1848-ci ildəki proseslər təsvir olunur. Bu hissədə məktəblilərə tarladan qaçmağı fikirləşən 14 yaşlı qul - Lyusya rolunda oynamağı təklif edirlər.

“Bu hər hansı oyun deyil, köləliyin təzahürüdür. Bu, yolverilməzdir, o zaman baş verən dəhşətlərdən söhbət gedir”, - hüquq müdafiəçisi Riçard Kryus bildirib.

Hüquq müdafiəçiləri və məktəblilərin valideynləri oyundan istifadənin dərhal qadağan edilməsini tələb ediblər. Onların fikincə, “Flight to Freedom”un əsas problemi ABŞ-da köləliyi bir norma kimi nümayiş etdirməsidir.

Ömər

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>