İsveçrədə kanalizasiyalardan "qızıl axır"
Bizi izləyin

Dünya

İsveçrədə kanalizasiyalardan "qızıl axır"

İsveçrənin Texnologiya İnstitutundan olan mütəxəssislər ölkənin yeraltı su kəmərlərində hər il 43 kiloqrama yaxın təmiz qızılın axıb getdiyini müəyyən ediblər.

Publika.az xəbər verir ki, alimlər ölkənin cənub istiqamətlərində yağış sularının tərkibindəki qızıl konsentrasiyasının potensial dəyərinin yüksək olduğunu bildiriblər:

"Hər il yağış sularının tərkibinin təmizlənməsi üçün fəaliyyət göstərən zavodlara təxminən 1,8 milyon dollar pul ayrılır"

Araşdırma çərçivəsində 64 müəssisədə yağış sularının təmizləməsini prosesini təhlil ediblər. Qızıldan başqa, suların tərkibində həmçinin 3 tona yaxın gümüş aşkarlanıb ki, onların da analoji olaraq, tərkibinin təmizlənməsinə ölkə büdcəsindən 1,7 milyon dollar pul ayrılır.

Xatırladaq ki, dünyada qızıl emalının təxminən 70%-i İsveçrənin payına düşür.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm