ABŞ bunu gözləmirdi - Ərdoğandan S-500 AÇIQLAMASI
Bizi izləyin

Dünya

ABŞ bunu gözləmirdi - Ərdoğandan S-500 AÇIQLAMASI

Rusiyanın S-400 zenit-raket komplekslərinin alınması ilə bağlı problem yoxdur.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Birinci mərhələdə birgə istehsal olmayacaq, ikinci mərhələdə bu istiqamətdə addımları atacağıq. Putinlə (Rusiya prezidenti Vladimir Putin –red.) danışıqları S-400-lə bitirməyi düşünmürük, S-500-lər haqqında da müzakirələr aparacağıq. Dünyada “Patriot” (ABŞ istehsalı olan hava hücumundan müdafiə sistemi –red) artıq istifadədən çıxır”, - prezident deyib.

Qeyd edək ki, S-400-lərlə bağlı razılaşma sentyabrın ortalarında əldə edilib. Zenit-raket komplekslərinin çatdırılması iki il ərzində başlanacaq.

S-400 “Triumf” ən yeni böyük mənzilli zenit-raket kompleksidir.Kompleks 400 kilometrə qədər uzaqlıqda aerodinamik hədəfləri və 60 kilometrə qədər uzaqlıqda taktik ballistik hədəfləri və həmçinin 4,8 km/san-a qədər sürətlə uçan qanadlı raketləri, taktik və strateji aviasiyanın təyyarələrini, ballistik raketlərin manevr edən döyüş başlıqlarını vura bilir.

Erkən aşkar etmə radarı 600 kilometrə qədər məsafərə hədəfi aşkar edir. Raketlər 5 metrdən başlayan hündürlükdə aşağıdan uçan hədəfləri vura bilər. Müqayisə üçün deyək ki, “Patriot” yalnız ən azı 100 metr hündürlükdə hədəfləri vura bilir. Zenit-raket sistemi ilə 30 kilometrə qədər hündürlükdə olan hədəfləri məhv etmək mümkündür. Raketlərin bir neçə tipindən istifadə mümkündür, bu isə eşelonlaşdırılmış müdafiə qurmağa imkan verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm