Neft uğrunda savaş BAŞLADI
Bizi izləyin

Dünya

Neft uğrunda savaş BAŞLADI

İraq ordusu Kərkükün Peşmərgədən (Şimali İraq kürd muxtariyyətinin silahlı qüvvələri -red.) azad edilməsi üçün əməliyyata başlayıb.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda İraq Müdafiə Nazirliyindən bildirilib.

Eyni zamanda dünən Kərkükə xeyli sayda Peşmərgənin göndərildiyi bildirilir.

Dünən yayılan xəbərə görə, Haviceyi İŞİD-dən təmizləyən 50 minlik İraq ordusu Ərbilin nəzarətindəki Mosul, Kərkük, Diyala, Dayrabun və Bacidə yönəlib. İraqın bölgəyə daha 70 minlik güc göndərəcəyi bildirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Xatırladaq ki, İraq parlamenti sentyabrın 27-də baş nazir Heydər əl-İbadiyə Kərkükə qoşun göndərmək səlahiyyəti verib. Şimali İraqda ən gərgin mübarizənin mərkəzi hökumət ilə kürd muxtariyyəti arasında mübahisəli hesab olunan Kərkük və Mosul uğrunda gedəcəyi gözlənlir.

Təxmini rəqəmlərə görə, Mosul və Kərkükdə enerji ehtiyatlarının pulla ekvivalentinin 4 trilyon dolları keçir. Dünyanın altıncı ən böyük neft ehtiyatlarına sahib olan İraqda aşkar edilən neft ehtiyatları 143 milyard kubmetrdir. Bunun 45 milyard kubmetri Mosulda, 10 milyard kubmetri isə Kərkükdədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm