NATO-dan Türkiyə və ABŞ-a ÇAĞIRIŞ
Bizi izləyin

Dünya

NATO-dan Türkiyə və ABŞ-a ÇAĞIRIŞ

Şimali Atlantika İttifaqının (NATO) baş katibi Jens Stoltenberq ABŞ və Türkiyəyə aralarındakı gərginliyi azaltmağa çağırıb.

Publika.az xəbər verir ki, hərbi alyansın rəhbəri bu haqda Fransanın AFP agentliyinə açıqlamasında deyib.

O, Ankara və ABŞ-ın viza problemini dialoq yolu ilə həll etməli olduğunu bildirib.

“ABŞ və Türkiyəni yalnız masa arxasına oturaraq böhranı həll etməyə çağırıram. Bu, birlikdə işləyə bilmək üçün çox önəmlidir, xüsusilə Yaxın Şərq bölgəsində. Çünki, Türkiyə terrorizmlə mübarizədə əsas oyunçudur”, - NATO-nun baş katibi əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm