Moqerini: "Avropa İranın nüvə proqramı məsələsində Trampı dəstəkləmir"
Bizi izləyin

Dünya

Moqerini: "Avropa İranın nüvə proqramı məsələsində Trampı dəstəkləmir"

Dünya ictimaiyyəti İranın nüvə proqramı razılaşmasına yenidən baxmaq niyyətində deyil.

Publika.az TASS agentliyinə istinadən bildirir ki, bunu Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Federika Moqerini bəyan edib.

“Biz, beynəlxalq ictimaiyyət işləyən nüvə razılaşmasını məhv etməyə imkan verə bilmərik. Bu ikitərəfli razılaşma deyil. Beynəlxalq ictimaiyyət və Avropa İttifaqı birlikdə müqavilənin etibarlı olduğunu və fəaliyyət göstərməyə davam edəcəyini açıq şəkildə bildiriblər”, deyə F.Moqerini qeyd edib.

Xatırladaq ki, ABŞ İranın nüvə proqramı üzrə yeni razılaşmanın üzərində işə başlamaq istəyir.

Tillerson ABŞ-ın nüvə sazişindən çıxışını istisna etməyib. “Hesab edirik ki, bu sazişi yenidən işləmək lazımdır. Mümkündür ki, biz onu daha yaxşı formaya gətirə bilməyəcəyik. Əgər bunu bacarmasaq, ehtimal ki, sazişdən çıxacağıq”, - dövlət katibi qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm