Ana və uşağın üzərinə pəncərə düşdü - - VİDEO
Bizi izləyin

Dünya

Ana və uşağın üzərinə pəncərə düşdü - - VİDEO

5-ci mərtəbədən ana və uşağın üzərinə şüşə pəncərə düşüb.

Publika.az xəbər verir ki, binanın altında uşaq arabası ilə dayanan qadın bir anda üzərinə düşən pəncərənin ağırlığından yerə yıxılıb. Hadisə Moskvada baş verib.

Binanın təhlükəsizlik kameralarına düşən görüntülərdə zərbənin təsirindən yerə yıxılan qadının yenidən ayağa qalxaraq uşağı oradan uzaqlaşdırdığı görünür.

Hadisə nəticəsində uşağın ciddi xəsarət alıb-almaması ilə bağlı məlumat yoxdur.

Təhlükəsizlik kamerasına əks olunan görüntüləri təqdim edirik:

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm