Kərkükdə komendant saatı elan edildi
Bizi izləyin

Dünya

Kərkükdə komendant saatı elan edildi

İraqın Kərkük şəhərində sabah səhərə qədər küçəyə çıxmaq qadağan elan edilib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Kərkük Polis İdarəsinin sözçüsü Afrasya Kamil verib.

İraq Baş naziri Heydər Abadi tərəfindən müvəqqəti mer təyin olunan Rakan Cuburi isə keçirdiyi mətbuat konfransında şəhərin təhlükəsizliyindən polis qüvvələrinin məsuliyyət daşıyacağını bildirib.

Cuburi asayişin təmin edilməsi üçün keşikçi dəstələrinin xidmət göstərəcəyini söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm