Şimali İraqdakı müharibə Avropanı qorxuya saldı
Bizi izləyin

Dünya

Şimali İraqdakı müharibə Avropanı qorxuya saldı

Avropa İttifaqı (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti ali nümayəndəsi Federika Moqerini İraqın baş naziri və Silahlı Qüvvələr Komandiri Heydər Əl İbadi ilə telefonla danışıb.

Publika.az xəbər verir ki, onlar Kərkükdə baş verən hadisələri müzakirə ediblər.

Moqerini İraq mərkəzi hökumətinə bağlı olan qüvvələrin təşkil etdiyi hərbi əməliyyatlar nəticəsində meydana gələn qarşıdurmalardan narahat olduğunu dilə gətirib. O, İraq konsitutsiyasına uyğun şəkildə ölkənin birliyi və uzunmüddətli sabitlik üçün gücdən istifadə edilməsinin əlehinə olduğunu bildirib. Ali nümayəndə hər iki tərəfi dialoqa girməyə çağırıb. Həmçinin, İbadini Aİ-nın İraqda quracağı dinc missiya haqqında məlumatlandırıb.

Qeyd edək ki, sözügedən missiyanın məqsədi İraqın milli təhlükəsizlik strategiyasındakı dinc ünsürləri qorumasına dəstək vermək olacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm