Polis bölməsinə HÜCUM: 6 ölü, 30 yaralı
Bizi izləyin

Dünya

Polis bölməsinə HÜCUM: 6 ölü, 30 yaralı

Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətinin inzibati mərkəzi Qardez şəhərində polis bölməsinin qarşısında minalanmış iki avtomobil partladılıb.

Publika.az xəbər verir ki, bu haqda yerli hakimiyyətə istinadən “Röyters” agentliyi bildirib.

Hadisə nəticəsində ən azı 6 nəfər ölüb, 30-u yaralanıb. Avtomobillərə yerləşdirilən partlayıcı qurğuları kamikadzelər kənardan idarə edirdilər. Partlayışdan sonra kamikadzelər binaya hücum ediblər və polislərlə silahlı qarşıdurma baş verib.

Hücuma görə məsuliyyəti Taliban qruplaşması üzərinə götürüb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm