Suriya müharibəsinin başa çatacağı vaxt AÇIQLANDI
Bizi izləyin

Dünya

Suriya müharibəsinin başa çatacağı vaxt AÇIQLANDI

“Suriyada hərbi əməliyyat bu ilin sonuna kimi başa çata bilər, amma Rusiya ölkədəki hərbi qruplaşmasını azaltmayacaq”.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədr müavini Frans Klinseviç bildirib.

Daha əvvəl Rusiya müdafiə naziri Sergey Şoyqu İsraildə həmkarı Aviqdor Libermanla görüşdə bildirib ki, Suriyada əməliyyat tamamlanmaq üzrədir.

Keçən həftə Rusiya Silahlı Qüvvələri Baş qərargahının Baş operativ idarəsinin rəhbəri Sergey Rudskoy İŞİD-in hazırda Suriya ərazisinin 8 faizindən də azına nəzarət etdiyini söyləyib.

Qeyd edək ki, Rusiya 2015-ci il sentyabrın 30-da Suriyada hərbi əməliyyatlar aparır.

Əməliyyatın başlanğıcından Suriyada 41 Rusiya hərbi qulluqçusunun həlak olduğu bildirilir. Xüsusi hərbi şirkətlərin tərkibində döyüşən muzdluların itkilərinə diqqət çəkən müstəqil ekseptlər onların sayının bundan dəfələrlə çox olduğunu bildirirlər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm