ABŞ-da İslam əleyhinə reklam yayıldı
Bizi izləyin

Dünya

ABŞ-da İslam əleyhinə reklam yayıldı

Vaşinqtonda 20 avtobusun üstünə yazılmış “İslamda yəhudi nifrəti” adlı islam əleyhinə reklama etirazlar getdikcə artır.

Reklamda fələstinli din xadimi Məhəmməd Əmin əl-Hüseyni ilə Adolf Hitlerin 1941-ci ildə görüşməsini əks etdirən bir şəkil yer alır. Həmçinin reklamın üzərində “İslamda yəhudi nifrəti: Bu sözlər Quranda da yer alır. Amerikadakı yardımların 2/3-si İslam ölkələrinə gedir. İrqçiliyi dayandırın. Bütün İslam ölkələrinə yardımı dayandırın”,sözləri yazılıb.

Bir ay müddətində Vaşinqtondakı avtobusların üzərində qalacaq reklama müsəlman dərnəklərindən və Amerikada yaşayan digər dinlərin nümayəndələrindən etiraz ediblər:

“Həzrəti Məhəmməd xristianlara və yəhudilərə hörmət edib. Quranda yəhudi və digər insanlara hörmət edilməsi yazılıb. Quranda belə bir şey yazılmayıb. Biz bütün insanları sevirik. Müsəlmanlar heç bir vaxt yəhudilərə qarşı olmayıb. İslam dinlərarası sülh təməlli bir dindir”./Axar.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm