Pakistanda PARTLAYIŞ: 6 polis öldü
Bizi izləyin

Dünya

Pakistanda PARTLAYIŞ: 6 polis öldü

Pakistanın şimal-qərbində yerləşən Kvetta şəhərində güclü partlayış baş verib.

Publika.az xəbər veri ki, şəhər məscidlərindən biri partladılıb. Hadisə nəticəsində ilkin məlumatlara görə, 6 polis həyatını itirib, 8 nəfər ağır yaralanıb.

Təhlükəsizlik Xidmətinin verdiyi məlumatlara görə, içərisində 35 nəfər polis əməkdaşı olan avtomobilin məscid yaxınlığında qoyulmuş mina üzərindən keçməsi partlayışa səbəb olub.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə gələn təhlükəsizlik xidmətinin əməkdaşları ərazini nəzarətə götürüb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm