Dünya
Xüsusi təyinatlı qüvvələr sərhədi keçdi: MƏHVETMƏ PLANI – VİDEO
Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələri
2008-ci ildə həyata keçirilən “Günəş əməliyyatı”ndan sonra ilk dəfə
Şimali İraqda əməliyyata başlayıb.
Publika.az xəbər verir ki, oktyabrın 16-da gecə saat
00:03-də Çukurcadan sərhədi keçən xüsusi təyinatları qüvvələr
PKK-nın ən əhəmiyyətli düşərgələrinin yerləşdiyi Zap vadisinə daxil
olub. Hədəf terror təşkilatının lojistik mərkəzi olan Taştəpə
bölgələridir.
Əməliyyatda F-16 döyüş təyyarələri, həmçinin, döyüş helikopterləri
ilə pilotsuz uçan aparatlar (İHA) da iştirak edir. İki gün içində
16 terrorçu məhv edilib, 4 xüsusi təyinatlı əsgər şəhid olub.
Təhlükəsizlik üzrə mütəxəssis Abdullah Ağar Zap vadisinin hər
tərəfinin minalandığını deyir.
“Buna görə də əməliyyat çətinliklə davam edir. Lakin Taştəpə
bölgələrinin hədəfə alınması terror təşkilatına böyük zərbə
olacaq”, - deyə o bildirib.
Onun sözlərinə görə, Şimali İraqda başlanan əməliyyat PKK-nı məhv
etmək hədəfinin əsas hissəsidir.
Asif
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...