İngiltərə kəşfiyyatı tarixin ən ciddi terror təhdidini aldığını açıqladı
Bizi izləyin

Dünya

İngiltərə kəşfiyyatı tarixin ən ciddi terror təhdidini aldığını açıqladı

İngiltərə Kəşfiyyat Xidmətinin (MI5) prezidenti Endryu Parker ölkəsinin bu vaxta qədər ən ciddi terror təhdidi ilə qarşı-qarşıya olduğunu deyib.

Publika.az xəbər verir ki, vəziyyətin qaçınılmaz olduğunu deyən E.Parker “təhdid çoxistiqamətlidir, sürətlə yayılır, daha öncə görmədiyimiz bir səviyyədə və tempdə fəaliyyətdədir” deyə qeyd edib.

Manşester, Vestminster və London körpüsündəki terror hadisələrini xatırladan E.Parker İngiltərənin bu il islami terror qaynaqlı təhdidlərə məruz qaldığını vurğulayıb.

Terror təhdidləri səbəbilə kəşfiyyat qurumunun heyətinin sayı 4000-dən 5000-ə qaldırılıb. Lakin qurumun prezidenti ehtimal olunan hücumların qarşısıalınmaz olduğunu deyib.

İngiltərə, xüsusilə, İŞİD terror qruplaşmasının təhdid və hücumlarına məruz qalıb. E. Praker bildirib ki, İraq və Suriyada İŞİD-in məruz qaldığı məğlubiyyətlərin terror təhdidlərinə heç bir təsir göstərməyəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm