ABŞ-dan qardaş ölkəyə qarşı NÖVBƏTİ XAİN PLAN: bütün qüvvələri hərəkətə keçirdi
Bizi izləyin

Dünya

ABŞ-dan qardaş ölkəyə qarşı NÖVBƏTİ XAİN PLAN: bütün qüvvələri hərəkətə keçirdi

ABŞ İŞİD-in Rakkanı PKK-ya təslim etməsindən sonra Suriya və İraqdakı bütün terrorçuları İdlibə yönləndirib.

Publika.az xəbər verir ki, ABŞ tərəfindən silahlandırılan PKK terror təşkilatı Türkiyə Silahlı Qüvvələrinin əməliyyat keçirdiyi İdlib şəhərinə hücum hazırlığına başlayıb.

PKK-nın Afrin komandiri Əhməd Sultan bu hücumda PKK-nın müttəfiqlərinin də böyük payı olacağını bildirib. Hücum planında dinc xalqın təhrik edilməsinə xüsusilə diqqət ayrılıb. Belə ki, terror təşkilatı Türkiyənin İdlibdəkin əməliyyatlarına “işğalçı” donu geyindirəcək və dinc xalqı bu işğalçılığa qarşı ayağa qaldırmağa çalışacaq. Bu çərçivədə bəzi cinayətlərin işlənəcəyi, həmçinin türk əsgərlərini günahkar göstərən video və dəlillərin hazırlanacağı ehtimal edilir.

PKK-nın bu planının bütün detallarını bilən Türkiyə Silahlı Qüvvələri isə baş verə biləcək mümkün hadisələrə qarşı tədbir görüb. Ordunun insansız kəşfiyyat təyyarələri 24 saat kəşfiyyat uçuşu həyata keçirir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm