Rusiya və Hindistan birgə HƏRƏKƏTƏ KEÇİR - FOTO
Bizi izləyin

Dünya

Rusiya və Hindistan birgə HƏRƏKƏTƏ KEÇİR - FOTO

Bu gün "İndra-2017" hərbi təlimləri başlayır.

Publika.az xəbər verir ki, Rusiya Sakit Okean Donanması və Hindistan Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərinin birlikdə keçirəcəyi təlimlər ölkənin Primorski vilayətində start götürüb.

Məlumat Rusiyanın Müdafiə Nazirliyi tərəfindən yayımlanıb. Təlimlərdə Rusiya-Hindistanın böyük sayda hərbi donanması, şəxsi heyəti və iki ölkənin quru qoşunları, aviasiya texnikası da iştirak edir.

"İndra-2017" təlimlərinin oktyabr ayının 29-a qədər davam edəcəyi qeyd olunub.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm