Putin özünün və Medvedyevin maaşını azaltdı
Bizi izləyin

Dünya

Putin özünün və Medvedyevin maaşını azaltdı

Rusiya prezidenti Vladimir Putin bir sıra hökumət rəsmilərinin əmək haqqının azaldılması barədə imzaladığı sərəncamın vaxtını bir il də artırıb.

Publika.az xəbər verir ki, V.Putinin imzaladığı fərmana əsasən, ölkə başçısının, baş nazir və onun müavinlərinin, nazirlərin, baş prokurorun, eləcə də İstintaq Komitəsinin və Mərkəzi Seçki Komissiyası rəhbərlərinin əmək haqqları 10% aşağı salınıb.

Xatırladaq ki, Putin və Medvedevin maaşları 2014-cü ildə müvafiq olaraq 3,6 və 4,2 milyon rubl təşkil edib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm