Suriyada kimyəvi silahdan istifadə olunur - Dövlət Departamenti
Bizi izləyin

Dünya

Suriyada kimyəvi silahdan istifadə olunur - Dövlət Departamenti

ABŞ-ın Dövlət Departamenti ilk dəfə Suriyada “Ən-Nüsra” Cəbhəsilə əlaqəli “Heyəti Təhrir Şam” qruplaşması tərəfindən kimyəvi silahdan istifadə edildiyini dilə gətirib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat yayıb.

"Suriyada “Ən-Nüsra” cəbhəsilə əlaqəli “Heyəti Təhrir Şam” terrorçu qruplaşması fəaliyyət göstərir ki, əldəqayırma partlayıcı qurğulardan və kimyəvi silahdan istifadə edir”. Dövlət Departamentinin bu bəyanatı Suriyada terrorçuların kimyəvi silahlardan istifadə etməsini təsdiqləyib. “Biz dəfələrlə bu haqda xəbərdarlıq edirdik”, - deyə Konaşenkov bildirib.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm