Putindən gözlənilməz addım: ABŞ yoxdusa, biz də yoxuq
Bizi izləyin

Dünya

Putindən gözlənilməz addım: ABŞ yoxdusa, biz də yoxuq

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın “Orta Mənzilli Nüvə Qüvvələri Andı”ndan (INF) çəkiləcəyi təqdirində bənzər qarşılıq verəcəklərini bildirib.

Publika.az xəbər verir ki, Putin bu barədə Soçi şəhərində təşkil edilən “Valday Forumu”nda danışıb.

O, Rusiyanın yeni raketlər istehsal edərək andlaşmaya uymamaqda günahlandırıldığını deyib:

“Havada və dənizdə istifadə etdiyimiz sistemlər olmasaydı, buna gərək qalardı. Ancaq bu andlaşma saədəcə quruda istfadə edilən sistemləri ehtiva edir. Andlaşma imzalanmadan öncə ABŞ-ın dənizdən və havadan istifadə edə biləcəyi sistemləri var idi. Buna görə də bu razılaşma əslində SSRİ-nin silahsızlaşdırılmasına yönəldilmişdi. Rusiya artıq “Kalibr" və buna bənzər sistemlərə sahib oldu və balans təmin edildi”.

Qeyd edək ki, İNF SSRİ prezidenti Mixail Qorbaçov ilə ABŞ prezidenti Ronald Reyqan tərəfindən 8 dekabr 1987-ci ildə imzalanıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm