Mərkəsi Kəşfiyyat İdarəsi: Şimali Koreya tezliklə ABŞ-a raket zərbəsi endirəcək
Bizi izləyin

Dünya

Mərkəsi Kəşfiyyat İdarəsi: Şimali Koreya tezliklə ABŞ-a raket zərbəsi endirəcək

Mərkəsi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Maykl Pompeo amerikalıları raket zərbələrinə hazır olmağa çağırıb.

Publika.az bildirir ki, o, Koreya Xalq Demokratik Respublikasının yaxın bir neçə ay ərzində ABŞ-a raket zərbəsi endirə biləcəyini güman edir.

Kəşfiyyat idarəsinin başçısı vurğulayıb ki, indi Pxenyanın "son addımı"nın qarşısını almaq üçün ciddi çalışmaq lazımdır: “Buna görə xüsusi xidmət orqanlarına və diplomatlara nəyin üzərində işləmək lazım olduğunu deyirəm”.

Pompeo həmçinin bildirib ki, Şimali Koreyanın ABŞ-a hücum ehtimalı sürətlə artır.

"İndi onlar bizim üzərimizə daha çox şığıyırlar, nəinki beş il əvvəl. Mən düşünürəm ki, əgər biz qarşıdurmanı dəf etmək üçün qlobal səylər göstərməsək, daha beş ay keçəcək və onlar silaha əl atacaqlar", - “Washington Examine” MKİ-in direktorundan sitat gətirir.

Xatırladaq ki, daha əvvəl Cənubi Koreya və ABŞ Hərbi-Dəniz Qüvvələrlərinin birgə təlimlərinə cavab olaraq Pxenyan ABŞ-a "inanılmaz" zərbəni gözlənilməz anda endirəcəyi ilə hədələmişdi.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm