100-dən çox İŞİD üzvünü öldürən 24 yaşlı tələbə qıza görə 1 milyon dollarlıq vəd - - FOTOLAR
Bizi izləyin

Dünya

100-dən çox İŞİD üzvünü öldürən 24 yaşlı tələbə qıza görə 1 milyon dollarlıq vəd - - FOTOLAR

Coanna Palani - 24 yaşlı danimarkalı tələbədir. Onun qətli üçün 1 milyon dollar mükafat təyin edildi. Niyə? Kimdir Coanna Palani?

Publika.az bildirir ki, Coanna İŞİD-in 100-dən çox döyüşçüsünü öldürüb. O, İŞİD-ə qarşı İraq Kürdüstanının özünümüdafiə gücləri - peşmergə tərəfindən vuruşurdu.

Coanna iran-kürd əsillidir. O, Fars körfəzində müharibə zamanı İraqda qaçqınlar üçün ayrılan düşərgədə doğulub.

Coannanın 2 yaşı olanda ailə döyüş zonasından çıxmağı bacarır. O, ilk dəfə əlinə silahı 9 yaşında ikən götürür. Artıq 2014-cü ildə Danimarkada kolleci atır və Suriyaya yola düşür.

O zaman öz feysbuk səhifəsində qərarını belə izah edirdi ki, "Avropa dəyərləri, qadın hüquqları və demokratiya üçün mübarizə aparmaq lazımdır”.

Tələbə qız əvvəlcə Suriya müxalifətinə qoşulur və Bəşər Əsəd rejiminə qarşı vuruşur. Daha sonra isə o, öz snayper biliklərini İŞİD-ə qarşı yönəldir.

Coanna Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Kobani şəhərində xalq özünümüdafiə dəstələrində vuruşurdu; girovları və seks-qullar kimi götürülən yezid qızlarını azad etməyə kömək edirdi.

Keçmiş tələbə hazırda Daniyada yaşayır, lakin ona daim gizlənmək, öz həyatından ciddi olaraq ehtiyat etmək lazım olur. Hər üç gündən bir o, yerini dəyişir.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm