Avropada türklərə ÖLÜM TƏHDİDİ: “İntiqam” andı içdilər və... – Türkiyəyə qarşı YENİ HÜCUM
Bizi izləyin

Dünya

Avropada türklərə ÖLÜM TƏHDİDİ: “İntiqam” andı içdilər və... – Türkiyəyə qarşı YENİ HÜCUM

PKK üzvləri Avropada türklərə qarşı “intiqam” hücumları edəcəklərini bəyan ediblər.

Publika.az
xəbər verir ki, terror qruplaşmalarının Avropadakı üzvləri açıqlamalarında “Türk mərkəzləri, AKP və MHP-yə bağlı qurum və təşkilatlar hədəfədir, Avropa bu hücumların qarşısında dayana bilməyəcəklər” deyə bildiriblər.

Ötən həftə Avropanın müxtəlif şəhərlərində 20-yə yaxın aksiya keçirən PKK üzvləri “daha da radikal olacağıq” mesajını verib.

“Türkiyə və ona bağlı təşkilatları, şəxsləri hədəf alacağıq. Bunun üçün Avropanın bütün şəhərlərində yaşayan “inqilabçı gəncliyi” “Apoçu gəncliyi” (PKK lideri Abdullah Öcalan - Redş) hərəkətə keçməyə çağırırıq. Bütün yerlərdə Türkiyənin heç bir təşkilatını yaşatmayacağıq”, - deyə təhdid dolu çağırışda bildirilir.

Bütün bunların fonunda Avropada bir çox ölkə və təşkilat PKK-nı müdafiə edərək, onların “milli mübarizə” apardığını iddia edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm