Misirdə terrorçularla atışma - 54 polis öldü (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Misirdə terrorçularla atışma - 54 polis öldü (YENİLƏNDİ)

Misirin paytaxtı Qahirə yaxınlığında terrorçularla qarşıdurma zamanı Misir Daxili işlər nazirliyinin 54 əməkdaşı həlak olub. Bunu hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

“54 polis əməkdaşı həlak olub, onlardan 20-si zabitlərdir”, deyə mənbə bildirib. Hazırda əməliyyatın başa çatdığını deyən mənbə terrorçuların itkiləri barədə məlumat verməyib.

***

Misirin paytaxtı Qahirə yaxınlığında terrorçularla qarşıdurma zamanı ölən xüsusi təyinatlıların sayı 30-a çatıb.

Publika.az xəbər verir ki, bundan əvvəl 16 nəfərin öldüyü, 15-ə yaxın adamın yaralandığı bildirilirdi.

***

Misirin paytaxtı Qahirə yaxınlığında, Əl-Vahat rayonunda polislə terrorçular arasında silahlı toqquşma olub.

Publika.az xəbər verir ki, insident nəticəsində 16 polis ölüb, bir neçəsi yaralanıb.

Məlumata görə, polis əməkdaşları rayonda gizlənən terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparırlarmış.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm