Çin Myanmada müsəlman qırğınına DƏSTƏK VERDİ
Bizi izləyin

Dünya

Çin Myanmada müsəlman qırğınına DƏSTƏK VERDİ

Myanma ordusu və fanatik buddistlər tərəfindən Arakan müsəlmanlarına qarşı tətbiq edilən zorakılıq və şiddətə qonşu Çin dəstək verib.

Publika.az xəbər verir ki, Çin beynəlxalq toplumun və Birləşmiş Millətlər Təşkilatının “etnik təmizlənmə” adlandırdığı hadisələri “sülhü və sabitliyi qorumaq cəhdləri” kimi dəyərləndirib.

Çin İqtidar Partiyası Beynəlxalq Münasibətlər Komissiyasının sədr müavini Quo Yezhou məsələ ilə bağlı açıqlama verib:

“Arakanda gerçəkləşən vəhşi hücumları qınayırıq. Myanmada sülh və sabitliyi qorumaq cəhdlərini isə anlayır və dəstəkləyirik. Myanmadakı bütün bölgələrin sülhə, sabitliyə və inkişafa qovuşmasını ümid edirik”.

Qeyd edək ki, bu açıqlama təəccübə səbəb olmayıb. Çünki Pekin hökuməti on illərdir Myanmaya rəhbərlik edən generallarla dostluq münasibətləri saxlayır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm