Ərdoğandan Trampa SƏRT SÖZLƏR: “Bizi ölkənə dəvət edib...”
Bizi izləyin

Dünya

Ərdoğandan Trampa SƏRT SÖZLƏR: “Bizi ölkənə dəvət edib...”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa sərt ismarışlar göndərib.

Publika.az xəbər verir ki, prezident İbn Haldun Univerisitetində təşkil olunan Beynəlxalq Mədəniyyət Şurasında çıxış edib. O, D.Trampın müsəlmanlara və terrora olan baxış bucağını tənqid atəşinə tutub:

“Qərb ölçüsünə görə bir şəhərin mədəni sayılması üçün yollarda işıqlandırma sistemi olmalı, küçələrdə palçıq olmamalıdır. Halbuki, İslamın ölçüsünə görə bir şəhərin mədəni olmasının işarələri qapını kilidləmədən çölə çıxa bilmək, ehtiyac sahiblərinə yardım əli uzatmaq, küçə heyvanlarına qayğı göstərməkdir. Bizim mədəniyyətimizdə mədənilik budur. Ancaq biz mədənilik tələsinin içinə fərqli formada düşdük. 100 mərtəbəli binalar inşa etmək bizi mədəni etmir, ancaq biz də bu tələyə düşdük.

Cənab Tramp mədəniyyət hadisəsini vizual olaraq görən bir tipdir. Lakin biz fərqli düşüncə sahiblərinə qapılarımızı bağlamamışıq. Bizə görə yaradılışların ən şərəflisi insandır. Ancaq Amerikada bunun belə olmadığı görünür. Oraya “demokratiyanın beşiyi” deyilir, lakin mənim 13 mühafizəçim orada heç bir səbəb olmadan həbsə atıldı. Buna görə də qüsuruma baxmasınlar, mən o ölkəyə mədəni deyə bilmirəm.

Məni dəvət edirsən, mühafizəçilərim yanımda. Terrorçulara az qala bizi döydürmək əmri verirsən, mühafizəçilərim tədbir görür. Bununla bağlı hakim həbs qərarı verir. Belə ədalətmi olur?

Cənab Tramp müsəlmanları terrorçu adlandırır. Myanma buddaçıları Arakan müsəlmanlarını qətl edir. Ancaq onlara terrorçu deyən varmı? Yox! Niyə? Çünki onlar yoqa edirlər. Belə bir axmaqlıq ola bilərmi? Biz İŞİD-in islamla əlaqəsi olmadığını dedik və deyirik. Ancaq onlar bunu anlamaq istəmirlər. Onlar müsəlmanı müsəlmana qırdırırlar.

Bu gün Suriyaş. Yəmən, Liviya, İraqda yaşayan acların tək ümidi bizik. Hazırda İraq deyə bir şey qalmayıb. İndi İdlib, Hələb nə haldadır. Mədəniyyət çöküb.

Öz intibahlarını bizə borclu olduğunu söyləyənlərin qarşısında bu gün ortaya qoyacaq nəyimiz var?”

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm