“Exit-poll”: Gürcüstanda hakim partiya qələbə qazandı
Bizi izləyin

Dünya

“Exit-poll”: Gürcüstanda hakim partiya qələbə qazandı

Gürcüstanda keçirilən bələdiyyə seçkilərində “Gürcü arzusu - demokratik Gürcüstan” partiyası 58 faiz səs toplayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, seçkilərlə əlaqədar “Edison Richer” təşkilatının keçirdiyi “exit-pol”un nəticələrinə görə, hakim partiya seçkilərdə 58 faiz səs toplamaqla liderdir.

“Milli hərəkat” partiyası 16 faiz, “Avropa Gürcüstanı” partiyası 9 faiz, “Vətənpərvərlər ittifaqı” isə seçicilərin 5 faiz səsini qazanıb. “Exit-polun” ilkin nəticələrinə görə, sabiq energetika naziri Kaxa Kaladze Tbilisi şəhərinin meri seçilib. O, seçicilərin 54 faizinin səsini qazanıb.

Ölkədə 73 seçki dairəsinin 3634 məntəqəsində seçki keçirilib. İlkin məlumatlara görə, seçicilərin 40 faizi səsvermədə iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm