ABŞ-da silahlı şəxs insanlara atəş açdı
Bizi izləyin

Dünya

ABŞ-da silahlı şəxs insanlara atəş açdı

ABŞ-ın Pensilvaniya ştatında naməlum şəxs insanlara atəş açıb.

Publika.az xəbər verir ki, basketbol meydançasında baş verən hadisə nəticəsində 4 nəfər yaralanıb.

Yaralılardan ikisi qadın, ikisi isə yeniyetmə oğlandır. Məsafə uzaq olduğundan güllələrin çoxu hədəfədən yayınıb.

Həkimlərin sözlərinə görə, yaralılardan heç birinin həyatı risk altında deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm