Lavrov Saakaşvilinin vasitəçiliyindən imtina etdi
Bizi izləyin

Dünya

Lavrov Saakaşvilinin vasitəçiliyindən imtina etdi

“Rusiya Ukrayna prezident seçkilərində ilkin nəticələrə görə, qələbə qazanan Pyotr Poroşenko ilə birbaşa danışıqlara hazırdır”.

Publika.az - ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Cənubi Sudanlı həmkarı ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Pyotr Poroşenko bildirib ki, bizimlə dialoqa Avropa Birliyi və ABŞ-ın vasitəçiliyi ilə hazırdır. Bizə vasitəçilər lazım deyil”, - Lavrov bildirib.

Rusiya xarici işlər naziri P.Poroşenkonun komandasında Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin yer alacağı barədə Vitali Kliçkonun açıqlamasına münasibət bildirib: “Düşünürəm ki, onun Ukrayna və Rusiya münasibətlərdə vasitəçiliyi ümumiyyətlə lazım deyil”.

S.Lavrov qeyd edib ki, Rusiya seçkilərin rəsmi nəticələrini gözləyəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm