"Dəniz Baykalın beyni 30 yaşındadır"
Bizi izləyin

Dünya

"Dəniz Baykalın beyni 30 yaşındadır"

Milət vəkili, professor Mətin Lütfi Baydar yaxın dostu, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, millət vəkili Dəniz Baykalın səhhəti barədə danışıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Mətin Lütfi Baydar dostunun beyninin 60 yaşında bir insanın beyninə bənzəmədiyini deyib:

"Dəniz Baykalın səhhətinin düzələcəyinə inanıram. Normalda 60 yaşında olan insanın beyni daha sulu və beyin qapağı arasında bir boşluq olur. Amma Baykalın beyni 30-35 yaşında olan şəxsin beyni kimi tam bağlıdır".

Mətin Lütfi Baydar qeyd edib ki, əməliyyat beynəlxalq sistemə uyğun şəkildə həyata keçirilib:

"İndi beynin vatxa ehtiyacı var, inanıram ki, hər şey yaxşı olacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm