Nigeriyada dəhşətli TERROR - 13 ölü, 16 yaralı
Bizi izləyin

Dünya

Nigeriyada dəhşətli TERROR - 13 ölü, 16 yaralı

Nigeriyanın şimal-şərqində yerləşən Mayduquri şəhərində terror törədilib.

Publika.az bildirir ki, ən azı 13 insanını ölümü, 16 insanın yaralanması ilə nəticələnən hücumu 3 kamikadze qadın həyata keçirib. Bu barədə təhlükəsizlik xidmətlərindəki mənbələrinə istinadən "Frans Press" məlumat yayıb.

Məlumata görə, bir kamikadze qadın bazar günü axşam kiçik bir restoranın qarşısında özünü partladıb.

İki partlayış isə bundan bir neçə dəqiqə sonra baş verib. Terror aktının məsuliyyətini hələlik heç bir təşkilat üzərinə almayıb.

Məlumat üçün bildirək ki, Nigeriyada "Boko Haram" adlı radikal islam qruplaşması fəaliyyət göstərir. Onun döyüşçüləri qərb təhsil modelinə qarşı çıxır və bütün ölkə üzrə şəriət qaydalarını yaymağa çalışırlar. Qruplaşma ona qarşı yönəldilmiş hərbi kampaniyalara cavab olaraq daim terror aktları həyata keçirir.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm