“Gülən hərəkatına qarşı əməliyyatın tarixi bəllidir”
Bizi izləyin

Dünya

“Gülən hərəkatına qarşı əməliyyatın tarixi bəllidir”

Baş nazir Ərdoğan Almaniya səfərindən sonra Gülən hərəkatına əməliyyat təşkil olunacağını deyib: “Tarixi bəllidir”

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 mart bələdiyyə seçkilərindən sonra Türkiyənin Baş naziri R.T.Əroğdan “hinlərinə girəcəyik” açıqlamasını vermişdi. Almaniya səfərindən sonra da “tarixi bəllidir” açıqlamasını verib.

Ərdoğan Gülən hərəkatı haqqında bunları deyib:“Hansı daşı qaldırırsan altından o çıxır. Təmizlənməlidir. Əməliyyat barəsində bir tarix qərarlaşdırmışıq. Ancaq bu elan ediləcək bir tarix deyil. Bu qocanın (Fətullah Güləni nəzərdə tutur – red) izində olanların yavaş-yavaş Türkiyədən qaçdığını görürük. Məhkəmə və hüquq-mühafizə orqanlarında özlərini güclü görürlər. Amma hamısını təmizləyəcəyik. Texnologiyada haker rolunu oynayırlar. Təmizləməliyik ki, ölkə gözlədiyi firavanlığa qovuşsun”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm