Ermənistanda rus hərbçisi yoldaşını güllələdi və intihar etdi
Bizi izləyin

Dünya

Ermənistanda rus hərbçisi yoldaşını güllələdi və intihar etdi

Rusiya hərbçisi ehtiyatsızlıqdan əsgər yoldaşını öldürdüyü üçün intihar edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə oktyabrın 23-də Ermənistanın Alaqyaz poliqonunda baş verib. Müddətdən artıq xidmət edən (MAXE) əsgər təlimdən qayıtdıqdan sonra silahı təhvil verən zaman təhlükəsizlik tələblərini kobud şəkildə pozub və avtomatdan qeyri-ixtiyari atəş açıb. Bu zaman digər MAXE ölümcül yaralanıb və dünyasını dəyişib.

Bildirilir ki, hərbçi etdiyi əməldən və məsuliyyətdən qorxduğu üçün intihar edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm