Bərzaniyə daha bir dəstək Almaniyadan gəldi
Bizi izləyin

Dünya

Bərzaniyə daha bir dəstək Almaniyadan gəldi

İraq Kürd Myxtariyyətində keçirilən referendumdan sonra peşmərgəyə hərbi dəstəyini kəsən Almaniya yenidən hərbi yardıma başlayıb.

Publika.az xəbər verir ki, Almaniyanın Müdafiə Nazirliyi peşmərgənin referendum sonrası alovlanan böhrana rəğmən, silah satışı təlimatını da ön plana çəkib.

Nazirlikdən verilən açıqlamada peşmərgəyə göndərilən silahların sadəcə İŞİD-lə mübarizədə istifadə ediləcəyinə dair təminat verilib.

Müdafiə Nazirliyinin sözçüsü savaş bölgəsində hər bir silahın harada olduğunu təqib etməyin mümkün olmayacağını, lakin kürdlərin federal hökumətə təminat verdiklərini qeyd edib.

Qeyd edək ki, Almaniyanın peşmərgəyə hərbi yardımları 13 oktyabrda dayandırılmışdı. Bu qərar bölgədəki gərginliyin hərbi səviyyəyə getməsi və siyasi qərarsızlıq səbəbilə verilmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm